Bu gün metro gecə birə qədər işləyəcək
Bakı Metropoliteni "Qəbələ" İdman Klubunun müraciətini cavablandırıb.
Sfera.az klubun rəsmi saytına istinadən verdiyi məlumat verir ki, qurum bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişinə müsbət reaksiya verib. Klub bununla əlaqədar Bakı Metropoliteninə təşəkkürünü bildirib.
Bunula da Bakı Metropoliteninin "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyasının iş rejimi bir günlük dəyişdiriləcək. Stansiyaların hər ikisi sərnişinləri sona qədər daşımaq üçün açıq olacaq. Digər stansiyalarda isə saat 12:00-da giriş bağlanacaq, çıxış isə açıq olacaq.
Qeyd edək ki, müraciət "Qəbələ"nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandası ilə saat 22:00-da start götürəcək görüşünün gec başa çatacağı ilə əlaqədar ünvanlanıb.






