Hərbçimiz snayperlə vuruldu, cinayət işi açıldı

Hərbçimiz snayperlə vuruldu, cinayət işi açıldı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

 

Sfera.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq hərəkətlər icra edilib.

 

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə yayılır+VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...