Riad Əhmədovun xanımına bayrağı Əli Nağıyev təqdim etdi - VİDEO
Kateqoriya məlum deyil
T
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhramanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.
Sfera.az-ın məlumatına görə, vida mərasimindən sonra 31 il sonra nəşinin qalıqları tapılan R.Əhmədov İkinci Şəhilər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.
Həmin anın videosunu təqdim edirik:






