Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb
Kateqoriya məlum deyil
T
Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.
Qəzada 30 nəfərin də yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.






