Sahibkarlar və dövlət qurumları arasında mübahisələrin həlli yüngülləşdiriləcək
Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının yaradılması sahibkarlar və dövlət orqanları
arasında fikir ayrılıqlarını və mübahisələri qısa müddət ərzində nizamlamağa imkan verəcək.
Sfera.az bildirir ki, bunu Trend-ə "Turkish-American Medical Centre" klinikasının baş direktoru, Azə
rbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü
Ramiz Əliyev deyib.
Onun sözlərinə görə, bu, özəl sahibkarlar və müxtəlif dövlət strukturları
arasında mübahisəli vəziyyətlərin həlli prosesini xeyli yüngülləşdirəcək:
"Yaradılmış şura sahibkarların hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi
sahəsini genişləndirməyə də kömək edəcək".
R.Əliyev, həmçinin Azərbaycanda sahibkarlara lisenziya verilməsinin sadələşdirilməsi üçün
görülmüş tədbirləri də qeyd edib: "Əgər əvvəllər lisenziyanı beş il müddətinə alırdıqsa, hazırda bizə
müddətsiz lisenziya verilib. Bunu dövlətin sahibkarlara münasibətdə vacib addımı hesab edirəm. Bu
addım dövlətin onların qayğısına qaldığını nümayiş etdirir".
O, əlavə edib ki, bəzi maliyyə çətinliklərinə rəğmən, klinika göstərdiyi xidmətlərin qiymətini artırmayıb:
"Doğrusu, ötənilki iqtisadi hadisələrdən sonra göstərdiyimiz xidmətlərin qiymətini yüksəltməyi düşünürdük.
Belə ki, klinika üçün bütün texnika xaricdən tədarük edilir və ona görə xarici valyutada ödəyirik. Lakin dövlət başçısının xalqı düşünməyin və ümumi çətinliklərin öhdəsindən birgə gəlməyin zəruriliyi barədə son
çıxışlarından sonra mövcud vəziyyəti müzakirə etdik və xidmətlərimizin qiymətlərini artırmaq fikrindən
daşındıq".






