Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTOLAR

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTOLAR

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 

 

Sfera.az xəbər verir ki, millət vəkili ilə vida mərasimi başlayıb. Heydər məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və digər şəxslər iştirak edirlər.

 

Q.Paşayeva saat 11-də İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

 

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.(qafqazinfo)







OXŞAR XƏBƏRLƏR

Zelenskinin ofisi: "Qələbə planı 5 bənddən ibarətdir və 90 faiz..."

Volodimir Zelenskinin hazırladığı qələbə planına beş bənd daxildir. Onların arasında Qərbdən Kiyevə “müasir silahların” verilməsi də var.   ...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimi başladı -FOTO

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. ...

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keç...

Vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” olacaq

Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir.   Sfera.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ...

Şəmkirdə üç nəfəri “tok” vurub öldürdü

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın məlumatına görə, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.   ...

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycanda sentyabrın 23-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat ...