13 yaşlı Nurlanın ölümündə ittiham olunan sürücüyə bəraət verildi

13 yaşlı Nurlanın ölümündə ittiham olunan sürücüyə bəraət verildi

Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Kazım Zərbiyevə bəraət verilməsi barədə qərardan prokuror tərəfindən verilən kassasiya protestinə baxılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya vəkil Əli Hüseynov məlumat verib.

 

Vəkil deyib ki, iclasda şikayətin dəlillərinə baxış keçirilib və tərəflərin fikirləri dinlənilib.

 

Hakim Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, əvvəlki qərarın dəyişdirilməsi və ləğvi üçün hər hansı əsas yoxdur.

 

Qərara əsasən, prokurorun protesti təmin edilməyərək, bəraət qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, hadisə 2021-ci ilin avqustun 7-də Yasamal rayonunda baş verib. Belə ki, sürücü Vəli Qasımov idarə etdiyi avtomobillə 13 yaşlı Nurlan Baxışovu vurub. Həmin gün piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Hökmə əsasən, V.Qasımov 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Qəzada iştirak edən digər təqsirləndirilən sürücü K.Zərbiyevə isə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tam bəraət verilib.

 

Qərardan narazı qalan ittiham tərəfi apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...