Baş həkimdən komaya düşən Qənirə Paşayeva ilə bağlı AÇIQLAMA - VİDEO

Baş həkimdən komaya düşən Qənirə Paşayeva ilə bağlı AÇIQLAMA - VİDEO

Millət vəkili Qənirə Paşayevanın vəziyyətilə bağlı Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev danışıb.

 

Baş həkim “Xəzər Xəbər”ə bildirib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiyada davam etdirilir.

 

Onun sözlərinə görə, vəziyyətində cüzi stabilləşmə var.

 

Kamran Musayev əlavə edib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin nəzarəti altındadır.

 

Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev isə onun vəziyyətiylə bağlı bildirdi ki, cüzi də olsa yaxşılaşma var.

 

Millət vəkilinin səhhətindəki durumla bağlı TƏBİB-dən bildirilib ki, sentyabrın 23-ü saat 03:01 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Həkimlər tərəfindən Qənirə Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

 


OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...