BQXK karvanı ilə 70 ton yük Laçın yolu vasitəsilə keçib

BQXK karvanı ilə 70 ton yük Laçın yolu vasitəsilə keçib

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri üçün nəzərdə tutulan təqribən 70 ton yük Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanıyla Laçın yolu ilə keçib.

 

Sfera.az xəbər verir ki, BQXK məlumat yayıb.

 

Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan yükə 66 ton un, 2 700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir.

 

BQXK komandası həmçinin döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib. Bununla yanaşı, itkin düşən şəxslərin axtarışı davam edir, onların ailələri ilə əlaqə saxlanılır.

 

Ehtiyacların miqyasını nəzərə alaraq, BQXK səhiyyə, məhkəmə-tibbi ekspertiza, silahlar və partlamamış sursatlarla bağlı təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış kadrları əlavə etməklə regiondakı iştirakını artırır.


OXŞAR XƏBƏRLƏR

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...