"Doğulduğum Xankəndiyə gedib..." - Fəxrəddin Manafov

“O gün bütün gecəni sabaha qədər nə televizorun, nə də ki, internetin qarşısından ayrıla bilirdim, çünki bu, vacib an idi. Bu, nəticədir. Bu, 44 günlük, müzəffər günümüzün nəticəsidir. Ən vacibi də odur ki, Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Allaha çox şükür!”

 

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibəsində deyib.

 

O əlavə edib: “Çox xoşbəxtəm". 

 

Xankəndidə anadan olan F.Manafov doğma torpağına gedəcəyi günün çox yaxından olduğunu vurğulayıb:

 

“Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət, doğulduğum Xankəndiyə də gedib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümə qoyacağam”. 


OXŞAR XƏBƏRLƏR

"Avropa Rusiya ilə münasibətlərinə yenidən baxacaq" - Makron

"Avropa gələcəkdə Rusiya ilə münasibətlərinə yenidən baxmalı olacaq".   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Pr...

Prezident quru sərhədlərimizin bağlı olmasından DANIŞDI: "Tam əminliklə deyə bilərəm ki..."

"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər b...

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...