Sülhməramlıların həlak olduğu insidentlə bağlı istintaq aparılır - RƏSMİ

Sülhməramlıların həlak olduğu insidentlə bağlı istintaq aparılır - RƏSMİ

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Məlumatda deyilir ki, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.

 

Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

 

Hər iki faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

 

Bu gün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərimizin bağlı olmasından DANIŞDI: "Tam əminliklə deyə bilərəm ki..."

Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı o...

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...