Rayon rəhbərliyinin şəhid ailələrinə ziyarəti davam edir - FOTO

Rayon rəhbərliyinin şəhid ailələrinə ziyarəti davam edir - FOTO

Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Göyçaylı qəhrəmanlarımızın xatirəsi ehtiramla anılır.

 

Sentyabrın 20-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 44 günlük Vətən Müharibəsi şəhidlərinin anım günü ərəfəsində şəhidlər Həmidov Rəhim Ehdiram oğlu, Abdullayev Səməd Sədiyar oğlu və Əzizov Şəmistan İlyas oğlunun ailə üzvləri ilə görüşüb.

 

Görüşdə rayon Polis Şöbəsinin rəisi, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, YAP Göyçay rayon təşkilatının sədri və Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri də iştirak edib.

 

Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağını və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını qeyd edərək bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildirib.

 

Rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...