Azərbaycanda bu proqramlara giriş BAĞLANIB - SİYAHI

Azərbaycanda bu proqramlara giriş BAĞLANIB - SİYAHI

Dünən Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror əməliyyatlarına başlaması ilə ölkədə dezinformasiya və döyüş, hərbi texnika, əsgərlər haqqında məlumat yayılmasının qarşısının alınması üçün internetdə bəzi məhdudiyyətlər yaranıb.

 

Bəs bu məhdudiyyətlər əsasən hansı proqramları əhatə edir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında texnobloger Fərid Pərdəşünas bildirib ki, ölkədə internet təmimatında problem yoxdur:

 

“Hazırda ölkədə internetin təmimatında problem müşahidə olunmur. “Facebook”, “Instagram” normal qaydada çalışır. "You-Tube" mobil tətbiqinin fəaliyyətində dayanmalar var, "Web" versiya isə işləkdir. “TikTok” xaricində bütün platformalar işləkdir”.

 

İT mütəxəssisi tətbiq mağazalarına qoyulan məhdudiyyətə də aydınlıq gətirib: 

 

“Tətbiq mağazalarında məhdudiyyətlər “VPN” yüklənməsinin qarşısını almaq üçün tətbiq edilib. Kütləvi şəkildə "VPN" yüklənməsinin qarşısının alınması məqsədilə "App Store" və "Play Store" platformalarına girişdə məhdudiyyətlər var. Bu barədə rəsmi açıqlama olmasa da, atılan addım başa düşüləndir. "TikTok" bloklandıqdan dərhal sonra "VPN" sorğuları artır. İnsanlar başa düşmək istəmir ki, dövlət ona görə bloklamır ki, gedib "VPN" yükləyəsiniz. “VPN”lər çox sayda olduğu üçün və mütəmadi IP dəyişiklikləri etmələri səbəbindən təkcə "VPN" servislərini bloklamaq olmur. Bu səbəbdən tətbiq mağazalarında belə məhdudiyyətlər var. Çox təəssüf ki, “TikTok” və “VPN” məhdudiyyətlərinin olmasına baxmayaraq, sözügedən sosial şəbəkədə çox sayda döyüş görüntüsü, şəhid xəbərləri tirajlanır və canlı yayımlar açılır. Görüntülərin çoxu isə “like” xatirinə 44 günlük müharibədəndir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...