Atası ilə qoşa dəfn olundu - Şəhid polisin acı həyatı HEKAYƏSİ

Atası ilə qoşa dəfn olundu - Şəhid polisin acı həyatı HEKAYƏSİ

O, Qarabağa asayişi qorumağa getmişdi. Gedərkən şəhidlik zirvəsinə ucalacağını, bu yolun son səfəri olduğunu bilirdimi görəsən? Bu gün geriyə Azərbaycan bayrağına sarılmış nəşi gətirilib. Şəhidimiz var, Vətən, başın sağ olsun! Uğrunda daha bir balan, polis serjantı Xəzər Zamanov can verdi.

 

Sfera.az "Lent.az"a istinadla erməni terroru nəticəsində şəhid olmuş polis əməkdaşı Xəzər Zamanovun kədərli həyat hekayəsi təqdim edir:

 

Xəzər körpə yaşlarında atası Azər kişi ilə dənizə gedir. Dənizdə üzərkən dalğalar balaca Xəzəri çəkib aparır, o boğulmağa başlayır. Atası sahildən xeyli uzaqlaşmış oğlunu dəli dalğaların arasından xilas etməyə çalışır, onu xilas edir, lakin özü boğulur. Oğlunu qolları üzərində sahilə qədər çatdırıb, özü can verir. Oğluna Xəzər adını verəndə Xəzərin qurbanına çevriləcəyini bilirdimi Azər? Yəqin ki yox...

 

Bu hadisə oğlunda dərin yaralar açmışdı. Ehtiyac içində böyüyən Xəzər ağlı kəsəndən ailəsinin yükünü çiyinlərində daşıyırdı. Atası Xəzəri ölümdən xilas etsə də özü Xəzər dənizinin cəngindən qurtula bilmir və həyatını itirir. Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayır və o, ehtiyacla dolu uşaqlıq illəri keçirir. Polis seçimlərindən keçib, formasını əyninə geyinəndə dünyalar onun olmuşdu. Çox sevinmişdi. Həyatı yeni-yeni axarına düşürdü. 5 ay əvvəl evlənmişdi, övlad yolu gözləyirdi...

 

Bu gün Xəzər illər öncə onu ölümdən xilas edərkən həyatını itirmiş atasının yanında, Sədərək qəbiristanlığında dəfn olundu.

 

Xəzər Zamanovun əmisi Aydın Zamanov da 90-cı illərdə Sədərək döyüşləri zamanı şəhid olub.


OXŞAR XƏBƏRLƏR

Aeroport yolundakı ağır qəzanın VİDEOSU

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Eyni istiqamətdə hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomob...

“Qarabağ” – “Şelburn” matçının hakimləri AÇIQLANDI

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin "Qarabağ"la "Şelburn"arasında keçiriləcək cavab matçının təyinatları açıqlanıb.   ...

Balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı açıqlama yayıb.    Nazirlikdən S...

İlin ikinci yarısında zəlzələlər davam edəcək - XƏBƏRDARLIQ

"İlin ikinci yarım rübündə də zəlzələ olacaqlarının aktiv olması gözlənilir. Azərbaycan ərazisində olan geodinamik hərəkətə əsasən səngimək gözlənilmir. Yə...

Yaqub Eyyubov və Hikmət Hacıyevin adından yayılan açıqlamalar saxtadır

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan sa...

10 minə yaxın abonent QAZSIZ QALACAQ

Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində ...