Logo

Göyçayda “Heydər Əliyev və Ekologiya” adlı tədbir keçirildi - FOTO

Göyçayda “Heydər Əliyev və Ekologiya” adlı tədbir keçirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 16-da Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və Ekologiya” mövzusunda tədbir keçirildi.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Asif Məcidov, RİH başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzdükdən sonra görüş iştirakçıları Göyçay rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən foto sərgiyə baxış keçiriblər.

Göyçay Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb.

Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Arzuman Ələkbərov, Lalə Əsgərova, Ülkər Paşayeva mövzu ilə bağlı ətraflı çıxışlar edərək qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, yaşıllıq zolaqların genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin su təchizatı, inkişafı və dirçəlişi istiqamətində gördüyü tədbirlər onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də uğurla davam etdirilir.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş edilib.

Tədbir “Təmiz Ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində Göyçay çayının Göyçay şəhərinin ərazisindən keçən hissəsinin sahilində təmizliklik işləri ilə yekunlaşıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR