Logo

Sel suları Lerikdə 2 avtomobil körpüsünə ziyan vurub

Sel suları Lerikdə 2 avtomobil körpüsünə ziyan vurub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir.

Hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR