Böhran toyları da “vurdu” - Qiymətlər qalxdı

Böhran toyları da “vurdu” -  Qiymətlər qalxdı

Azərbaycanın milli valyutasının üzən məzənnəyə keçməsi, dolların kəskin artması fonunda manatın devalvasiyaya uğraması ölkənin bütün sektorlarına təsir edib. Müşahidə olunan qiymət artımı artıq şadlıq saraylarının menyularına da yavaş-yavaş ayaq açmaqdadır.

Sfera.az anspress-ə istinadən xəbər verir ki, onsuz da baha başa gələn toy qiymətlərinin devalvasiyadan sonra kəllə-çarxa çıxacağını demək elə də çətin deyil. Belə ki, ötən ilin fevral ayından öncə 10-15 min manata başa gələn toy qiymətləri birinci devalvasiyadan sonra ən azı 10-15 faiz qalxıb. Bu dəfə isə qiymətlərdə azı 30-35 faiz artımın olacağı gözlənilir.

Paytaxtdakı məşhur şadlıq saraylarından birinin administratoru deyir ki, qiymətlərdəki artım onların təklif etdiyi menyuda da öz əksini tapacaq. Amma yenə də başlıca məqsəd toy sahibini bütün hallarda razı salmaqdır.

"Hələlik aldığımız məhsulların qiymətində elə bir dəyişiklik yoxdur. Amma biz konkret bir şey deyə bilmərik, hələlik müşahidə edirik. Nəzərə alsaq ki, menyudakı spirtli və spirtsiz içkilər xaricdən gəlir, təbii ki, qiymətlərdə dəyişiklik olacaq. Lakin bütün bunlar toy sahibi ilə razılaşdırılmış şəkildə həyata keçiriləcək. Heç kimi məcbur edə bilmərik ki. Toy üçün əvvəlcədən yer bron etmiş şəxslər narahat olmasınlar, çünki onlarla müəyyən razılığa gəlinib. Bundan sonra yer tutanlar üçün qiymətlərin necə olacağını isə rəhbərlik bir qərara gəldikdən sonra deyə bilərik".

Bəzi şadlıq sarayları isə hələ heç bir menyu dəyişikliyinə hazır deyil. Administratorlar bu barədə göstəriş almadıqlarını bildirirlər. Paytaxtın qabaqcıl şadlıq saraylarından birinin baş meneceri olan İqbal Alıyev hələlik qiymətlər məsələsində bir qərarsızlıq yaşadıqlarını bildirib: "Bizdə menyudakı meyvə və tərəvəzlərin bir qismi, həmçinin içkilər əsasən xaricdən gətirilir. Öyrənmişik ki, artıq onların qiyməti 30-40 % artıb. Tək xaricdən gətirilən məhsullarda deyil, yerli məhsullarda da qiymət artımı var və bu bizi də narahat edir. Münasib qiymətə aldığımız tərəvəzi indi ikiqat qiymətə alırıq. Çox acınacaqlı vəziyyətdir".

Bu artımın isə yer qiymətlərində özünü göstərəcəyi açıq-aydındır. Məsələn, İqbal Alıyev deyir ki, bahalaşmanı nəzərə alsaq, bu, 90 manatdan başlayan menyuda azı 20-30 manatlıq fərq deməkdir.

Düzdür, bu artım, təbii ki, təyin edilən toylara aid olmayacaq. Yeni menyu da toy sahibinin istəyinə uyğun olacaq. Amma bahalaşma qaçılmazdır.


OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...