\"Bu qanun layihəsi vətəndaşların xərclərini azaldacaq\" - Millət vəkili AÇIQLADI

\

“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi bu gün Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Dəyişikliklərə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması nəzərdə tutulur. 

 

Bəs bu dəyişikliklər nəyi hədəfləyir və nəticəsi necə olacaq?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında deputat, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu dəyişiklik sayəsində vətəndaşların xərcləri azalacaq:


“Dəyişikliklər sosial xarakter daşıyır. Belə ki, qeydiyyata alınmasına görə, rüsum bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manat:

 

bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manatdan 20 manat:

 

bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manatdan 30 manat:

 

bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manatdan 40 manata:

 

bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manatdan 50 manata:

 

bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manatdan 70 manat və bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdan 100 manata endirilməsi nəzərdə tutulur.

 

Bu o deməkdir ki, dəyişikliklər qəbul olunandan sonra bahalı mobil telefonlar üçün qeydiyyat rüsumu 150 manat deyil, 100 manat olacaq. Qiyməti ucuz olan telefonlar üçün daha aşağı rüsumlar ödəniləcək. 

 

Bu mobil telefonların maya dəyərini müəyyən qədər azaltmaqla yanaşı, vətəndaşların da xərclərinin azalmasına gətirib çıxaracaq”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...