“Unibank”ın maliyyə vəziyyəti məlum oldu
"Unibank” ASC 2016-cı ilin 3-cü rübü üzrə balansını açıqlayıb.
"Marja” Bankın Balans hesabatına istinadən xəbər verir ki, 30 Sentyabr 2016-cıil tarixinə "Unibank”ın aktivləri 727 milyon 674 min manat təşkil edib. Bu məbləğ bu ilin 2-cü rübünün sonu ilə müqayisədə 7,2% azdır. 30 İyun 2016-cı il tarixində Unibank 784 milyon 212 min manat təşkil etmişdi.
Bankın kredit portfeli ötən rübün sonundakı 465 milyon 243 min manatdan 442 milyon 324 min manata geriləyib.
3-cü rübdə Bankın öhdəlikləri 720 milyon 471 min manatdan 658 milyon 561 min manata, o cümlədən depozitlər 390 milyon 598 min manatdan 366 milyon 977 min manata düşüb.
30 Sentyabr 2016-cı il tarixində Unibank 69 milyon 113 min manat cəmi kapitala malik olub. min manatla
| Aktivlərin maddələri | Cəmi |
| 1. Nağd vəsaitlər, cəmi | 31 104 |
| 2. AMB-yə qarşı tələblər, cəmi | 123 890 |
| 3. "Nostro” hesabları (başqa banklardakı müxbir hesabları), cəmi | 16 611 |
| 4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), cəmi | – |
| 5. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi | 21 537 |
| 6. Qiymətli kağızlara investisiyalar | – |
| 7. Ticarət üçün qiymətli kağızlar | – |
| 8. Banklara xalis kreditlər | 5 674 |
| 9. Xalis kreditlər və lizinqlər | 442 324 |
| 10. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 45 177 |
| 11. Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi | 4 413 |
| 12. İcmallaşmamış törəmə şirkətlərə investisiyalar və maliyyə iştirakı (50%+1 səs hüququ verən səhm), cəmi | 1 500 |
| 13. Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı (50%-dən az), cəmi | 437 |
| 14. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 6 252 |
| 15. Digər aktivlər | 28 755 |
| 15a. Digər əməliyyatlar üzrə ehtiyatlar | – |
| Cəmi aktivlər | 727 674 |
| Öhdəliklərin maddələri | Cəmi |
| 1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi | 366 977 |
| 2. Maliyyə institutları tərəfindən cəlb edilmələr, cəmi | 241 335 |
| 3. Digər bankların tələbləri ("Loro” hesabları), cəmi | 341 |
| 4. Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) | 36 186 |
| 5. Digər passivlər | 13 722 |
| Cəmi öhdəliklər | 658 561 |
| Cəmi kapital | 69 113 |
| Cəmi öhdəliklər və kapital | 727 674 |
| KAPİTAL VƏSAİTLƏRİ | MİN AZN | |
| 1. Tutulmalardan sonra I dərəcəli kapitalı | 52 719 | |
| 2. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır) | 16 166 | |
| 3. Məcmu kapital (1+2) | 68 885 | |
| 4. Məcmu kapitaldan tutulmalar: | 1 937 | |
| 5. Tutulmalardan sonra məcmu kapital (3-4) | 66947 | |
| faizlə | ||
| Norma | Fakt | |
| I dərəcəli kapitalın adekvatlıq əmsalı | 5,00 | 9,34 |
| Leverec əmsalı | 5,00 | 6,94 |






