Logo

Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ - "Hər an faciə yaşana bilər" + VİDEO

Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ - "Hər an faciə yaşana bilər" + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.

Sfera.az xəbər verir ki, istifadəyə verilən yolda yenidən çatlar əmələ gəlib.

Bu çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.

Qeyd edək ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.

Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov AZTV-yə bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır:

“Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir.

Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək”.(BAKU.WS)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR