"Demişdilər ki, filmdən danışacağıq"

Xalq artisti Rasim Balayev qalmaqala səbəb olan müsahibəsindən danışıb. 

 

Sfera.az xəbər verir ki, aktyor "Astar" verilişində bununla  sözhbət açıb. R.Balayev aparıcı Ülvira Qarayevanın "Bəzən müsahibə verirsiniz və qınaq obyektinə çevrilirsiniz. Siz çəkidə adam hansısa blogerlə görüntülü müsahibə edirsiniz. Sizə əvvəlcədən mövzu deyilir" sualına belə cavab verib:

 

"Mənə müxbir dedi ki, müsahibə götürmək istəyirəm, soruşdum nədən danışacağıq? Cavab verdi ki, filmdən. Razılaşdım, amma gəlib dəxlisiz suallar verdi. Bir dəfə də Amerikadan zəng gəldi, razılaşdım. Birinci dəfədir ki, özünə bu sözü deyən adam görürəm. Həmişə kimsə kiminsə arxasınca bu sözü deyir. Bu adamın alnında yazılmayıb ki, bu necədir. Bığı, saqqalı, düşündüm ki, normaldır".

 

Qeyd edək ki, “YouTube”da yayımlanan “Düz danışaq” layihəsinin aparıcısı İsmayıl Cəlilov Rasim Balayevlə müsahibə zamanı cinsi azlığın nümayəndəsi olduğunu deyərək, aktyordan bu şəxslərə qarşı münasibətini öyrənib. 


OXŞAR XƏBƏRLƏR