Bir ailənin ərzaq və qeyri-ərzaq xərcləri 224 manat artıb

Bir ailənin ərzaq və qeyri-ərzaq xərcləri 224 manat artıb

 

Azərbaycanda yaşayan əhali 2023-cü ildə mağazalarda hər ay adambaşına 440,1 manat pul xərcləyib. 


Sfera.az xəbər verir ki, xərclənən pulun 248,5 manatı ərzaq mallarının alınmasına, 191,6 manatı qeyri-ərzaq mallarının alınmasına sərf edilib. 


Qeyd edək ki, bu rəqəmlər ilin ilk 8 ayında əldə edilən nəticələrdir. Bu ilin nəticələrini ötən ilin eyni dövrünün nəticələri ilə müqayisədə görürük ki, Azərbaycanda yaşayan insanların ərzağa və qeyri-ərzağa xərclədiyi pul xeyli artıb. 


Ötən ilin yanvar-avqust dövründə hər ay mağazalarda adambaşına 384 manat, o cümlədən ərzağa 216,6 manat, qeyri-ərzağa 167,4 manat xərclənib. 


Müqayisə göstərir ki, insanların ticarət xərcləri adambaşına 56 manat, bir ailənin (4 nəfərlik) aylıq ticarət xərcləri 224 manat artıb. Artan aylıq adambaşına xərclərin 32 manatı ərzaq, 24 manatı qeyri-ərzaq xərclərinə görə yaranıb. 


Bu il xərclərin kəskin artmasının əsas səbəbi yüksək inflyasiya ilə bağlıdır. İlk 8 ayda ərzaq və qeyri-ərzaq xərclərində inflyasiya 12 faiz səviyyəsində olub. 


Vasif


OXŞAR XƏBƏRLƏR

XİN 2024-cü ilin yekunlarına dair HESABAT YAYDI

Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabat yayıb.   Sfera.az xəbər verir ki, hesabata görə, 2024-cü il ərzində beynəlx...

Güclü külək əsəcək - XƏBƏRDARLIQ!

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-u günün birinci yarısında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq v...

Sabah parklanma xidməti ÖDƏNİŞSİZ OLACAQ

Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Na...

Azərbaycanda ən aşağı maaş bu sahələrdədir - MƏBLƏĞ

Azərbaycanda orta əməkhaqqı 993 manat olsa da, bəzi sahələrdə orta maaş bundan xeyli aşağıdır.   Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbə...

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti dəyişəcək - XİN

Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində ...

Həftədə dörd alma yesəniz... - ARAŞDIRMA

Yangtze Xəstəxanasının (Çin) alimləri müəyyən ediblər ki, həftədə dörd alma yemək ürək-damar xəstəliklərindən ölüm ehtimalını təxminən 40% azalda bilər.  ...