Ekspert məktəbli formasının qiyməti ilə bağlı: "Dövlət nəsə edə bilməz, özləri alternativ tapsınlar"

Ekspert məktəbli formasının qiyməti ilə bağlı:

Artıq tədris ilinin başlanmasına sayılı günlər qalıb. Elə bu səbəbdən də müvafiq dükan və bazarlarda canlanma müşahidə olunur. Son günlər xüsusilə məktəbli formaları müzakirə obyektidir. Təxminən 1 ay əvvəl məktəbli forması indiki qiymətindən aşağı təklif edilsə də, hazırda tam əksi hal müşahidə olunur. 

 


Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, geyim bazarı dövlət tərəfindən tənzimlənmir:

 

“Ümumiyyətlə, dünyanın heç bir yerində dövlət bu bazarı tənzimləmir. Burada kifayət qədər məhsul təklif edənlər var, yəni geyim rəqabətin çox olduğu sahələrdən biridir. Nə qiymətlər tənzimlənə bilər - bu, bazar iqtisadiyyatının qaydalarına uyğun deyil, nə də burada monopolist olduğunu demək olar. Dövlət məktəbli geyimlərinin xarici görünüşünə standart müəyyənləşdirə bilər – rəngi, forması, ölçüsü və.s Vətəndaşlara forma almaq üçün konkret yerlər təklif edilmir. Lakin bizdə ənənəvi olaraq tədris mövsümündə məktəbli geyimlərinin qiyməti bahalaşır, yaxud Qurban bayramı ərəfəsində yararlı heyvanların satış qiyməti kəskin qalxır. Bu, sadəcə tələb-təklif mexanizmi əsasındadır”.

 

Müsahibimiz vətəndaşların işlərini doğru planlaşdırıb bazarlığı son ana saxlamamalı olduğunu vurğulayıb:

 

“Tələbatın eyni vaxtda kəskin qalxması bazarın şərtlərinə uyğun olaraq qiyməti artırır. Bu dönəmi də həvəslə gözləyən sahibkarlar var. Yəni bu, cəmiyyətin hər zaman qarşılaşdığı vəziyyətdir və qeyri-adi nəsə yoxdur. Vətəndaşlar axtarışlarını davam etdirib daha əlverişli bazarlıq etmək üçün çalışmalıdırlar. Yerli bazarla yanaşı, onlayn satışların olduğunu da bilirik, alternativlər kifayət qədərdir. Xüsusilə karqo daşımaları ön plana çıxandan bəri geyim bazarında rəqabət artıb. Bu baxımdan, qiymət həssaslığı mövcuddursa, vətəndaşlar işlərini daha yaxşı planlaya bilərlər. Buna dövlət nəsə edə bilməz. Sahibkarın qarşısına tələb qoymaq mümkün deyil”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Şagirdlərin yerdəyişməsi müvəqqəti DAYANDIRILIR

2024/2025-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq gələn ilin 6 yanvar, saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi m...

Putin İlham Əliyevdən ÜZR İSTƏDİ - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezid...

Qış aylarında kondisionerdən istifadə edənlərin NƏZƏRİNƏ!

Qış aylarında kondisionerdən istifadə evlərin və ofislərin isinməsi üçün əlverişli bir seçim olsa da, düzgün istifadə edilmədikdə bir sıra sağlamlıq və ekoloji ...

Gələn il üçün maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq? - AÇIQLAMA

2025-ci ilin dövlət büdcəsini təsdiq edilib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % ço...

XİN 2024-cü ilin yekunlarına dair HESABAT YAYDI

Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabat yayıb.   Sfera.az xəbər verir ki, hesabata görə, 2024-cü il ərzində beynəlx...

Güclü külək əsəcək - XƏBƏRDARLIQ!

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-u günün birinci yarısında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq v...