İcra başçısı vətəndaşları qəbul etdi - FOTOLAR

İcra başçısı vətəndaşları qəbul etdi - FOTOLAR

12 sentyabr 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə vətəndaşların növbəti qəbulu keçirildi.

 

Sfera.az xəbər verir ki, qəbulda  rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdi.

 

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib.

 

Ümumilikdə qəbul zamanı 40-a yaxın rayon sakinlərinin müraciətinə baxılıb, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilib.


OXŞAR XƏBƏRLƏR