Logo

Kəmaləddin Heydərov Salyan şəhərinin ictimaiyyəti ilə görüşdü - FOTO

Kəmaləddin Heydərov Salyan şəhərinin ictimaiyyəti ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 5-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Salyandakı Heydər Əliyev Mərkəzində 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq rayon ictimaiyyəti nümayəndələri ilə görüşüb. Görüşdə

Prezident İlham Əliyevin əhalinin məşğulluğunun təmin edilməsi, onun sosial müdafiəsinin gücləndirilməsi,

dinamik iqtisadi inkişaf və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyulan 

vəzifələr müzakirə olunub.

Sfera.az xəbər verir ki, görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi 

ehtiramla yad edilib.

Görüşdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov rayonda aparılan abadlıq-quruculuq 

işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığı

ilə Salyan şəhərini Babazanlı yaşayış massivi ilə birləşdirən körpünün tikintisi başa çatdırılıb, 4 mərtəbəli “Biznes

mərkəzi”, rayonun Peyk kəndində 220 şagird yerlik yeni məktəb və Salyan rayonlararası Ağciyər Xəstəlikləri 

Xəstəxanasının binası istifadəyə verilib. Hazırda Qarabağlı və Kürqaraqaşlı kəndlərində hər biri 100 çarpayılıq uşaq 

bağçalarının, ərazi kənd təsərrüfatı idarəsinin, Çuxanlı-Gəncəli-Piratman-Parça Xalac-Seydan kəndlərini birləşdirən 

avtomobil yolunun tikintisi  davam etdirilir.

“Regionların və bütövlükdə ölkənin dinamik inkişafı Prezident İlham Əliyevin yürütdüyü  siyasətin strateji hədəfidir”, 

- deyən fövqəladə hallar naziri Kəmaləddin Heydərov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət 

Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısının qarşıya qoyduğu 

vəzifələri diqqətə çatdırıb. Qeyd edib ki, dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri 

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində minimuma endirilib. Yaradılan siyasi sabitlik, güclü iqtisadi 

potensial, vaxtında aparılan iqtisadi islahatlar neft amilindən asılılığı azaltdığını diqqətə çatdıran nazir bildirib ki, insan 

amili Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində durur. Kəmaləddin Heydərov əhalinin 

sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları, o cümlədən maaşların, pensiyaların, sosial müavinətlərin

artırılmasını bunun bariz nümunəsi kimi səciyyələndirib.

Görüşdə qeyd olunub ki, dövlətimizin başçısı tərəfindən son günlərdə imzalanan fərman və sərəncamlar, qəbul 

edilən qərarlar, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının

ixracının stimullaşdırılması özəl bölmənin inkişafına hesablanıb və Salyan rayonu da bu baxımdan istisna təşkil etmir. 

Yeni iş yerlərinin yaradılmasının əsas məsələlərdən olduğunu deyən Kəmaləddin Heydərov bildirib ki, ölkədə 30-40 min 

yeni iş yerinin yaradılması gözlənilir.

Nazir deyib ki, rayonda torpaqlardan səmərəli istifadə edilməli, ixracyönümlü məhsulların istehsalına diqqət artırılmalıdır.

Aşağı faizlə uzunmüddətli kreditlərin verilməsi bu sahələrin perspektivini stimullaşdırır. Salyan rayonunun  iqtisadi

potensialına toxunan nazir bildirdi ki, rayonun böyük resursları, infrastrukturu var. Ona görə də bu potensial

hərəkətə gətirilməli, pambıqçılıq, üzümçülük, taxılçılıq və aqrar sektorun digər sahələrində əsaslı nəticələrə nail olunmalıdır. 

Kür çayının imkanlarından maksimum istifadə edilməklə balıqçılıq genişləndirilməlidir. Bütün bunlar isə yüzlərlə yeni iş yerləri

deməkdir.

Milli Məclisin deputatı Fəzail Ağamalı Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasının ölkənin, eləcə də Salyanın inkişafına

böyük imkanlar yaratdığını söyləyib.                         

Görüşdə bir sıra təkliflər səsləndirilib, qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, bəziləri ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.       

Çıxış edən ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.Kəmaləddin Heydərov Salyan şəhərinin ictimaiyyəti ilə görüşdü - FOTOKəmaləddin Heydərov Salyan şəhərinin ictimaiyyəti ilə görüşdü - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR