Abşeron rayonunda şəhər əhalisinin sayı 300 mini ötüb – RƏSMİ

Abşeron rayonunda şəhər əhalisinin sayı 300 mini ötüb – RƏSMİ

2019-cu ilin siyahıyaalmasına əsasən, Abşeron rayonunda daimi yaşayan şəhər əhalisinin sayı 316 min nəfərə çatıb. 


Sfera.az xəbər verir ki, 2009-cu ildə keçirilən əhalinin siyahıyaalmasının nəticələrinə əsasən, Abşeron rayonunun şəhər əhalisinin sayı 157 min nəfər idi. 
On il ərzində rayonun şəhər əhalisinin sayı 159 min nəfər, yəni 2 dəfədən çox artıb. 


Abşeron rayonunun şəhər əhalisi dedikdə Xırdalan şəhəri və qəsəbələrin əhali sayı nəzərdə tutulur. Rayonda şəhər əhalisinin ən çox hissəsi Xırdalanda yaşayır. Xırdalanın əhali sayı 2022-ci ilin sonuna aid olan məlumata əsasən, 195 min nəfəri ötüb. 


Rayonda şəhər əhalisinin sayının kəskin artması hesabına Abşeron rayonunun daimi əhalisinin sayı 238 min nəfər artaraq 428 min olub və rayon əhali sayına görə Sumqayıt şəhərini ötərək Bakıdan sonra ikinci ən böyük yaşayış məntəqəsinə çevrilib. 


Qeyd edək ki, hazırda rayonun inzibati mərkəzi olan Xırdalan şəhəri əhali sayına görə Azərbaycanın dördüncü ən böyük şəhəridir. 


Vasif


OXŞAR XƏBƏRLƏR