Əməkdar müəllim qəfil vəfat etdi - FOTO

Əməkdar müəllim qəfil vəfat etdi - FOTO

Astara rayon Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseyinin kimya-biologiya müəllimi Şabala Əliyev bu gün vəfat edib.

 

Sfera.az xəbər verir ki, 66 yaşında vəfat edən əməkdar müəllimin ölümünə səbəb qəfil infarkt keçirməsi olub.

 

Qeyd edək ki, Şabala Şəfəqqət oğlu Əliyev 23 avqust 1957-ci ildə Astara rayonunun Pensər kəndində dünyaya gəlib. O, 1983-cü ildən müəllimlik fəaliyyəti ilə məşğul olurdu. Əməkdar müəllim bir çox savadlı kadrın yetişməsində müstəsna rolu olub.

 

Bir 5 nəfər və mətn şəkili ola bilər


OXŞAR XƏBƏRLƏR