Müdafiə Nazirliyi təcili məlumat yaydı - Saat 00:25 radələrində...
Kateqoriya məlum deyil
Sentyabrın 8-də saat 00:25-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən Sfera.az-a bildirilib.
“Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb”, - deyə nazirlikdən əlavə edilib.






