Qaxa güclü dolu və leysan yağdı - Elektrik enerjisinin verilişi dayandırıldı
Kateqoriya məlum deyil
Bu gün axşam saatlarından Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Sfera.az-ın məlumatına görə, Qax şəhər ərazisinə təqribən 5 dəqiqə davam edən dolu düşüb.
Güclü külək və yağış nəticəsində şəhərin Heydər Əliyev prospektində 2 ədəd ağac aşıb. Şəhərdən keçən kanalın daşması nəticəsində su avtomobil yoluna dolub.
Əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda güclü leysan yağışı davam edir.(qafqazinfo)






