Laçında saxlanılan erməni futbolçular təhvil verildi - RƏSMİ

Laçında saxlanılan erməni futbolçular təhvil verildi - RƏSMİ

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

 

Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiəti ilə Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmələri təmin edilib.

 

Azadlığa buraxılan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Bakıda təcili yardım maşını tıxacda qaldı – VİDEO

  Ötən gün Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində edilən dəyişiklik sürücülər arasında narahatlığa...

Rusiyada azərbaycanlı deputat istefaya göndərildi

Rusiyada fəaliyyət göstərən azərbaycanlı deputat Xalid Tağızadə istefaya göndərilib.   Sfera.az xəbər verir ki, Xantı-Mansiysk Muxtar Dairəsi Duması ...

Uzunömürlü insanların sirri açıldı: Bu məhsullarla qidalanırlar

Dünyanın müxtəlif ölkələrində 100 ildən çox yaşamış insanların sıx məskunlaşdığı bölgələrdə aparılan tədqiqatlar maraqlı nəticələr ortaya çıxarıb. Tədqiqatlar n...

"8-ci kilometr" bazarının adı dəyişdi

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişdirilib.   Sfera.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, baz...

220 şagird qızıl nişanla təltif olundu

Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında&rdquo...

Bakıda altı ayda 7 min 549 cinayət qeydə alınıb

2025-ci ilin birinci yarımilıi ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7 min 549 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb. ...