İcra başçısı şəhid atasını evində ziyarət etdi - FOTO

İcra başçısı şəhid atasını evində ziyarət etdi - FOTO

Sentyabrın 7-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri və rayon Polis şöbəsinin müavini Ləkçılpaq kəndində Birinci Qarabağ müharibəsində şəhid olmuş İsmayıl İsmayılovun atası Arif İsmayılovu yaşadığı evdə ziyarət ediblər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev şəhid atasının səhhəti və sosial qayğıları ilə maraqlanıb.

 

Görüşdə şəhid atası Arif İsmayılov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.


OXŞAR XƏBƏRLƏR