Bakının yeni tipli işıqfor dirəkləri quraşdırıldı

Bakının yeni tipli işıqfor dirəkləri quraşdırıldı

Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırılıb.

 

Bu barədə Sfera.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

 

Bildirlib ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində aparılan monitorinqlər zamanı bəzi yolayrıclarında quraşdırılan işıqforların dirəkləri qısa olduğundan sürücülər işıqforları görməkdə çətinlik çəkirlər, hətta belə kəsişmələrdə bir neçə dəfə yol-nəqliyyat hadisəsi də baş verib.

 

Bu baxımdan bir sıra ərazilərdə artıq işlərə başlanılıb və Azərbaycan prospekti ilə İstiqlaliyyət, Səməd Vurğun ilə Hənifə Ələsgərov, eləcə də Abbasqulu ağa Bakıxanov ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsindəki işıqforların köhnə dirəkləri dəyişdirilərək yeni L-tipli dirəklərlə əvəz edilib və sürücüləri narahat edən problem aradan qaldırılıb.

 

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işləri davam etdirir.


OXŞAR XƏBƏRLƏR

Sabahın havası açıqlandı - şiddətli isti...

İyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakıda və A...

Bakıda motosikletçi qırmızı işıqdan keçərək qəza törətdi

İyulun 20-si saat 03:30 radələrində paytaxtın Yasamal rayonunda sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsü qəza törədib.   ...

ABŞ-də miqrantlara qarşı yeni əməliyyat - Daha çox adam ölkədən çıxarılacaq

ABŞ Gömrük və İmmiqrasiya Xidməti (ICE) ölkədə qeyri-qanuni yaşayan miqrantlara qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. ICE-in direktor vəzifəsini icra edən...

Qazi jurnalistlər Türkiyəyə gedir

Azərbaycandan olan bir qrup jurnalist Türkiyəyə səfər edəcək. Səfər iyul ayının 28-də başlayacaq.   Sfera.az bildirir ki, MediaTürk TV-nin təşəb...

ABŞ artıq “dünyanın ağası” deyil - Bəyanat

ABŞ imperializminin “dünyanın ağası” olmaq iddiaları artıq iflasa uğrayıb. Bu, çoxqütblü dünyanın obyektiv reallığıdır.    Sfera.az ...

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...