ADY Abşeron dairəvi dəmir yolu xətti üzrə reyslərin sayını artırdı

ADY Abşeron dairəvi dəmir yolu xətti üzrə reyslərin sayını artırdı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında 2 reys, axşam saatlarında 1 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında 1 reys əlavə olunub.

 

Bu barədə Sfera.az-a ADY-dən bildirilib.

 

Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında 2 reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında 2 reys əlavə olunub.

 

Sentyabrın 8-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək. Eyni zamanda ilk dəfə olaraq sərnişinlərin istəkləri nəzərə alınaraq qeyri-iş günləri üçün də xüsusi qrafik hazırlanıb. Yeni qrafikə əsasən qatarlararası interval azaldılıb və hər iki istiqamət üzrə ümumilikdə əlavə 8 reys təyin olunub", - məlumatda deyilir.

 

Bildirilir ki, ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir və bu sorğulara əsasən xidmət səviyyəsini yüksəldir. Qrafikdə edilmiş dəyişikliklər həm sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasına və turniketlərdən keçid zamanı yarana biləcək sıxlığın əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq, həm də gün ərzində daha çox sərnişinin daşınmasını mümkün edəcək.

 

Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.

 

Qeyd edilir ki, ADY sərnişindaşımada xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər planlaşdırır. Bu ilin sonu, gələn ilin əvvəlində ümumilikdə 10 yeni sürətli sərnişin qatarının ölkəyə gətirilməsi Abşeron dairəvi dəmir yolu xətti üzrə əlavə reyslərin təyin edilməsində önəmli dəstək göstərəcək.


OXŞAR XƏBƏRLƏR

“2025-ci ildə neftə tələb artacaq” - İEA

Beynəlxalq Enerji Agentliyi (İEA) bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,96 milyon barelə çatacağını proqnozlaşdırıb. ...

Növbəti iki gündə yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi rayonlarda növbəti iki gündə yağış və qar yağacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. &...

Sumqayıtda 16 yaşlı yeniyetmə qətlə yetirildi

Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə qətlə yetirilib.   Sfera.az-ın məlumatına görə, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.   2008-c...

Sabah bu rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ!

Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəri...

Azərbaycanda bu şəxslərə subsidiya veriləcək - QƏRAR

Azərbaycanda radio yayımçılarına subsidiya veriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın (AŞ) hesabatında bildirilib.  ...

Ödənişləri kartdan-karta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Budəfəki məsələ uşaq bağçalarında ödənişlərin qeyri-rəsmi yollar...