Ermənilərin azad etdiyi azərbaycanlı evində - VİDEO

Ermənilərin azad etdiyi azərbaycanlı evində -  VİDEO

Xəbər verdiyimiz kimi, bu ilin iyul ayında erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini Turqay Mikayılov azadlığa buraxılıb. O, bu gün Ermənistan-Gürcüstan gömrük-keçid məntəqəsindən keçərək evinə qayıdıb.

Sfera.az-ın Ans TV-yə istinadən məlumatına görə, beş aydır ki, Ermənistanda məhbusluq həyatı yaşayan Turqayın sözlərinə görə, o, iyul ayının 23-də Ermənistanla həmsərhəd olan Yırğançay kəndindəki yaylaqdan geri dönərkən içkili vəziyyətdə yolu azaraq Ermənistanın Cücəvan kəndinin ərazisinə keçib. Kənd sakinləri onu saxlayaraq erməni sərhədçilərə təhvil veriblər.

Daha sonra isə Turqay Mikayılovu İrəvana aparan erməni hüquq-mühafizə orqanları onun sərhədi xüsusi məqsədlə bilərəkdən pozduğunu sübuta yetirməyə çalışıblar:

“Hamı bilir ki, iki dövlət arasında münasibət yoxdur. Mənə necə münasibət göstərdikləri isə aydın məsələdir. Orda birnəfərlik kamerada qalırdım”, – deyə Turqay Mikayılov bildirib.

Soydaşımızın ətrafında beş ay davam edən xüsusi araşdırmaların erməni tərəfi üçün gözlənilən nəticəni verməməsi və Gürcüstan hökumətinin də hadisəyə davamlı müdaxiləsi onların Turqayı məhkəmə əsasında azadlığa buraxmalarına səbəb olub. Bu müddətdə ona göstərilən münasibət barədə isə Turqayı bunları dedi:

“Dedilər ki, səni bura Azərbaycan kəşfiyyata göndərib. Mən isə dedim ki, xeyir, səhvən sərhədi keçib gəlmişəm - azərbaycanlıyam, amma Gürcüstan vətəndaşıyam, Gürcüstanda yaşayıram”.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...