“Kresloda fırlanan adam elə gicəllənir ki..” - “Space” TV-dən ayrılan Rövşanədən AÇIQLAMA

“Kresloda fırlanan adam elə gicəllənir ki..” - “Space” TV-dən ayrılan Rövşanədən AÇIQLAMA

“Həyatımın 26 ili televiziya ilə bağlıdır. Bu illər ərzində çox az müddət işsiz qaldığım vaxtlar olub - uzağı bir, ya iki ay..”.

 

Sfera.az bildirir ki, bunu ötən günlərdə “Space” TV  ilə yollarını ayıran teleaparıcı Rövşanə Ağasəfqızı deyib. O, çalışdığı rəhbər şəxslərlə heç bir probleminin olmadığını vurğulayıb:

 

“Onsuz da işlədiyim mühitdə qalmaqaldan, söz-söhbətdən uzaq gəzən insanam. Boğazımızdakı reytinq kəndiri ucbatından bəzi qalmaqallı verilişlərə müəlliflik etmək məcburiyyətində qalmağıma baxmayın, tələb belədir. Televiziyalardakı transfer məsələsinə gəlincə, bu həmişə olub və çox normaldır. Səhər tamaşacıya bir kanaldan “Günaydın” deyən, sabah ayrısından “Gecəniz xeyir” söyləyə bilər. Hamı ölənə kimi bir yerdə qalmır ki... Televiziya rəhbərləri də eləcə, “kreslo” ömürlük miras deyil. “Kreslo”nu nə kimsə evindən gətirib, nə də gedəndə kimsə dalına şəlləyib aparıb. Şəlləyib aparacağı ya sevgi olacaq, ya nifrət..Andıra qalmış “kreslo”da fırlanan adam da elə gicəllənir ki, hardan gəldiyi, necə gəldiyi tamam silinir beynindən”.

 

Aparıcı ona dəstək olan şəxslərə də təşəkkür edib: “Məhz peşəkar əhli-qələmə cani-könüldən minnətdaram. Belə birlik göstərsək, kimsə  "kefim belə istəyir"in qurbanı olmaz, əmin olun”.

 

Xatırladaq ki, aparıcı Rövşanə Ağasəfqızı heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını demişdi.

 

Türkan


OXŞAR XƏBƏRLƏR