Tələbə axını Bakının kirayə bazarında qıtlıq yaradıb – Qiymətlər isə...

Tələbə axını Bakının kirayə bazarında qıtlıq yaradıb – Qiymətlər isə...

Avqustun 30-da 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edlib. Bunun ardınca isə tələbələrin kirayə mənzil problemi yenidən gündəm olub.  İxtisas seçimi nəticələrinin avqustun sonuna kimi uzanması isə prosesi daha da çətinləşdirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hər il avqustun sonundan başlayaraq sentyabrın sonuna qədər daşınmaz əmlak bazarına ciddi müştəri axını olur:

 

“Bu səbəbdən mənzil qıtlığı yaranır və qiymətlərdə artım müşahidə olunur. Qiymət artımının əsas səbəblərindən biri tələbələrdir. Həm də Bakıda 2016-cı ildən başlayaraq pilot layihələr üzərindən söküntü işləri getdiyinə görə yerli sakinlərin bir qismi məcburən uzunmüddətli kirayəyə köçməli olub. Ali məktəblərə yeni qəbul olan tələbələrlə yanaşı, yuxarı kurs nümayəndələri də mənzil axtarışına çıxırlar. Onlar ya əvvəldən kirayə ev tapırlar, ya da qaldıqları mənzillərin yay aylarında da pulunu ödəyərək növbəti tədris ilində yarana biləcək çətinliyi aradan qaldırırlar. Təxminən avqust ayının ortalarından artıq tələbələr mənzil axtarışına çıxırlar. Hazırda kirayə mənzil bazarında qiymət artımları ilə yanaşı, qıtlıq da müşahidə olunur”.

 

Müsahibimiz bildirib ki, söküntü işləri sürətlə davam etdiyinə görə yaxın on ildə paytaxtın bir çox rayonlarında ucuz kirayə mənzillər əlçatan olmayacaq:

 

“Köhnə binalardakı mənzillər yeni tikililərlə əvəzlənir. Burada da mənzillər köhnələrə nisbətən iki dəfə baha qiymətə təklif olunur. Bu isə tələbələrin ev tapmasında ciddi problemlər yaradır. Digər tərəfdən, qiymətlərə görə normalda bir otaqlı mənzildə iki tələbə qalmalı olduğu halda, bu say 3-4 nəfərə kimi artır. Qeyd edilən problem illər keçdikcə daha da qloballaşacaq. Bunun yeganə həll yolu köhnə tələbə yataqxanalarını sökmək, yerində müasir tipli, çoxmərtəbəli yataqxanalar inşa etməkdir. Bu zaman kirayə mənzil bazarında qiymətlərdə stabilləşmə olar, həm də tələbələrin ev probleminin böyük qismi aradan qalxar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...