Kişilər niyə xəyanət edir, səbəb sosial şəbəkələrdir? – Psixoloq şərhi

Kişilər niyə xəyanət edir, səbəb sosial şəbəkələrdir? – Psixoloq şərhi

Sosial şəbəkələrin çoxluğunu və həyatımıza nüfuz etməsini xəyanətlərin artmasına səbəb kimi göstərirlər. Eyni zamanda, kişilərin xəyanətə daha çox meyil etdiyi deyilir.

 

Maraqlıdır, xəyanət nədən qaynaqlanır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən  psixoloq Aytən Ələkbərova bəzi hallarda qadınların xəyanəti düzgün qiymətləndirmədiyini deyir. Müsahibimiz bir insanın münasibəti olduğu halda, başqa birinə yönəlməsinin xəyanət olmaya biləcəyini düşünür:

 

“Əvvəla onu qeyd edim ki, xəyanət hər kəsin öz vicdanının ölçüsüdür. Belə ki, son dövrlər istər sosial şəbəkələr, istərsə də efirlərdə xəyanətlə bağlı müzakirə olunan mövzuların heç biri psixoloji fakt olmadan xəyanətə yol aça bilməz. Bir insanın digər biri ilə ruhunun birləşməməsi, yola getməməsi və başqa şəxsə yönəlməsi bəlkə heç xəyanət deyil? Bir insanı xəyanətə və boşanmaya aparacaq bir neçə faktor var. Bunların içərisində ilkin səbəblər kimi kişilərin həyat yoldaşı, ata olmamağa hazır olmaması, ailə üzvləri arasında qarşılıqlı xoş əlaqəni təmin edə bilməməsi dayanır. Bəzən cütlüklər evləndikdən bir il sonra boşanmağa qərar verirlər. Səbəb də o olur ki, xanım sosial şəbəkədən aktiv istifadə edir və həyat yoldaşı buna qarşı çıxır. Beləliklə, ailədə söz-söhbət yaranır və kişilər dərdini başqa biri ilə bölüşməyə başladıqda xanımlar bunun xəyanət olduğunu düşünür”.

 

Psixoloq kişilərin yenilik axtarışında olduqları üçün xəyanət yolunu seçməsindən də danışıb:

 

“Ər ola bilmək təkcə cinsi münasibətlər demək deyil. Elə hallar da olur ki, xanımların ana olmağa hazırlaşdıqları dövrdəki narahatlıqları bəyi sıxmağa başlayır. Bu da yenə söz-söhbətlərin yaranmasına gətirib çıxarır. Bundan başqa, uşaq dünyaya gəldikdən sonra bəylər unudulduğunu düşünərək başqa şəxsdən göstərilən şirin münasibətə aldanır və ailəsindən soyuyur. Bunlar bütün bəylərə şamil edilmir, lakin psixoloji fakt olaraq öz təsdiqini tapmış hallardır. Bəzən elə kişilər olur ki, seans zamanı bildirirlər ki, xəyanəti yenilik effekti almaq üçün ediblər və həmin qadınla daimi olmaq niyyətində deyillər. Bu zaman şəxs etdiyi hərəkətə şərh verməyə başlayır. Xəyanət çox geniş mövzudur və müxtəlif situasiyalar buna gətirib çıxara bilir”.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...