Bakıda ən sıx məskunlaşma bu rayondadır - Müqayisə
Bakı şəhərinin mərkəz hissəsi Azərbaycanda əhalinin ən sıx məskunlaşdığ yaşayış ərazisidir.
Sfera.az 2022-ci ilə dair açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə 1 kvadrat kilometrə 117 nəfər düşdüyü halda, Bakıda bu göstərici 1092-yə, mərkəz hissədə isə 10 min nəfərə yüksəlib.
Paytaxtda əhalinin rayonlar üzrə məskunlaşma sıxlığı kəskin fərqlənir. Ən sıx məskunlaşma Nəsimi rayonundadır. Nəsimi rayonunda 1 kv. kilometrdə 21 880 insan məskunlaşıb.
Bir kvadrat kilometr ərazi 10 000 sota və ya 1 milyon kvadrat metrə bərabərdir. Nəsimi rayonunda bir nəfərə düşən torpaq sahəsi 0,457 sot, yaxud 45,7 kvadrat metrdir.
Bakıda məskunlaşmanın sıx olduğu digər rayonlar Yasamal, Nizami, Xətai və Nərimanovdur. Bu rayonlarda məskunlaşma sıxlığı 9000-9700 nəfər səviyyəsindədir.
Ən az məskunlaşma isə Qaradağ (1 kv. kilometrə 107 nəfər), Xəzər (553 nəfər) və Pirallahı (623 nəfər) rayonlarındadır.
Qeyd edək ki, məskunlaşmanın sıxlığı Bakıda daimi qeydiyyatda olan şəxslərin sayı əsasında hesablanıb. Amma hamıya məlumdur ki, paytaxtda daimi yaşayan əhalinin sayı şəhərdə qeydiyyatda olanlardan xeyli çoxdur. Deməli, Bakıda əhali sıxlığı daha yüksəkdir.
Vasif