Metronun “Gənclik” stansiyasında iş rejimi dəyişdirilir - RƏSMİ

Metronun “Gənclik” stansiyasında iş rejimi dəyişdirilir - RƏSMİ

Avqustun 31-də Bakı metropoliteninin “Gənclik” stansiyasında “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.

 

Qurumdan Sfera.az-a verilən məlumata görə, paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada matçın başlanması ərəfəsində iş rejimi gücləndiriləcək.

 

Bildirilib ki, sərnişinlərin oyun qurtardıqdan sonra da mənzil başına təhlükəsiz və rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq:

 

“Bununla qatarların hərəkəti intensivləşdiriləcək. Qatarların hərəkəti qrafiki isə gün ərzində yay iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranarsa, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.

 

Bakı metropoliteninin “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək”.


OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə yeni çoxfunksiyalı güzəştli kart veriləcək.   Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tər...

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

İyulun 20-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir. ...

Bu BÜRCLƏRDƏN borc almağa dəyər

Borc öhdəlikləri həmişə ağır olan, hətta yaxşı əhval — ruhiyyəni poza biləcək bir şeydir. Ancaq dostlarına pul borclarını bağışlayan insanlar var. &nbs...

Məşhur rusiyalı müğənni axtarışa verildi

Məşhur müğənni, Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada axtarışa verilib.   Sfera.az xəbər verir ki, müvafiq informasiya Ukrayna Təhlükə...

Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür- FOTOLAR

Həftə sonları istirahət məqsədilə Bakı çimərliklərinə üz tutanların sayında kəskin artımı nəzərə alaraq, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tər...