Logo

Avtomobil piyadanı vurdu, daha sonra digər avtomobilə çırpıldı

Avtomobil piyadanı vurdu, daha sonra digər avtomobilə çırpıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncə şəhərində 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində, şəhər məhkəməsinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq digər minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində piyada, 1983-cü il təvəllüdlü Firuzə Babayeva ağır dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza nəticəsində digər avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü M.İsmayılov da yüngül xəsarət alıb. Ona yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR