Narkotikin təsiri altında maşın sürən şəxs HƏBS OLUNDU - FOTO

Narkotikin təsiri altında maşın sürən şəxs HƏBS OLUNDU - FOTO

Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs olunub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

 

Ağdaş rayon sakini Nurlan Səmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Sürücülük hüququ olmadan avtonəqliyyat vasitəsi idarə edən həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuanadan istifadə etdiyi sübuta yetirilib.

 

N.Səmədov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə yeni çoxfunksiyalı güzəştli kart veriləcək.   Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tər...

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

İyulun 20-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir. ...

Bu BÜRCLƏRDƏN borc almağa dəyər

Borc öhdəlikləri həmişə ağır olan, hətta yaxşı əhval — ruhiyyəni poza biləcək bir şeydir. Ancaq dostlarına pul borclarını bağışlayan insanlar var. &nbs...