İxtisas seçimində nələrə önəm verilməlidir? - Ekspertdən açıqlama

İxtisas seçimində nələrə önəm verilməlidir? - Ekspertdən açıqlama

2023-cü il üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimləri avqustun 16-dan etibarən başlayıb. Hələ də davam edən ixtisas seçimləri avqustun 28-də başa çatacaq. 

 

Təhsil sahəsindəki mövcud inkişaf durumu nəinki qərarların vaxtında qəbul edilməsi, həm də gələcək inkişafın müəyyən dərəcədə proqnozlaşdırılmasını tələb edir. Bu səbəbdən də düzgün ixtisas seçməliyik ki, gələcəkdə seçimimizdən peşman olmayaq. Bəs ixtisas seçimləri zamanı nələrə diqqət etmək lazımdır, gələcəkyönümlü ixtisaslar hansılardır?

 

“İxtisas seçimi kənardan göründüyü kimi asan deyil”

 

Bu barədə Bizim.media-ya olan açıqlamasında təhsil eksperti Adil Vəliyev danışıb.

 

“İxtisas seçimində əsas diqqət edəcəyimiz məqamlar statistika jurnalı, plan yerləri və əvvəlki illərin keçid ballarıdır. Hətta yalnız keçənilki deyil, 2 il əvvəlki keçid ballarına da baxmaq lazımdır ki, müqayisə edərək builki vəziyyəti analiz edib, düzgün ixtisas seçimi edə bilək”. 

 

Həmçinin ekspert bildirib ki, önümüzdəki illərdə humanitar ixtisaslar öz önəmini itirə bilər: 

 

“Çünki müasir dövrə diqqət yetirəndə görürük ki, artıq abituriyentlər fərqli istiqamətdə düşünürlər. Onlar düşünür ki, elə bir ixtisas seçmək lazımdır ki, bu ixtisasda hər zaman yenilənmə olsun. Bundan başqa onlar daha çox məvacib qazanmaq istəyirlər ki, bunun üçün də yeni ixtisaslar tələb olunur. Bu yenilikləri isə əsasən mühəndislik, tibb, iqtisadiyyat sahəsinə aid olan ixtisaslarda görə bilirik”.

 

Ekspert yeniliklərə ehtiyac duyulan sahələrdən də bəhs edib:

 

“Bəzi sahələr önümüzdəki illərdə öz önəmini itirə bilər. Analitik sahə, süni intellektlə bağlı olan ixtisaslara ehtiyac ola bilər. Ümumiyyətlə, informasiya texnologiyaları kimi ixtisaslara gələcəkdə hər zaman ehtiyac olacaq. Bunlardan başqa iqtisadiyyat sahəsində də ixtisaslara yeniliklər edilməlidir. Əgər maliyyə, mühasibat kimi ixtisaslarda yenilənmə olmasa, gələcək illərdə bu ixtisaslar öz önəmini itirəcək. Çünki hər kəs özü üçün mühasib funksiyasını yerinə yetirəcək”.


OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır itkiMüğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...