Logo

Laçında şəhər günü - FOTOLAR

Laçında şəhər günü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Laçında şəhər günü keçirilir.

Bununla əlaqədar olaraq Mədəniyyət Nazirliyinin, Laçın rayonu üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə avqustun 26-sı və 27-də işğaldan azad olunan tarixi torpağımızda-Laçında zəngin proqram hazırlanıb.

Sfera.az xəbər verir ki, iki gün davam edəcək tədbirlər Bayraq meydanı, Həkəri çayının sahili, mənzərəli terras da daxil olmaqla bütün şəhər mərkəzini əhatə edir.

Laçın şəhərinin Bayraq meydanının qarşısında gün ərzində “Sarı Aşıq və Yaxşı” dastan-tamaşası nümayiş olunub,  Laçın çay ənənələrinin təqdimatı məqsədilə “Çay dəstgahı”, müxtəlif sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik, keramika və sair məmulatların satışının təşkil olunduğu “Laçın bazarı” qurulub, milli geyimdə olan aktyorların ifasında immersiv oyunlar, milli personajlardan hazırlanan maskotların gəzintisi olub.

Bu il may ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyevin laçınlılarla görüşünün keçirildiyi məkan – mənzərəli terrasda xalq tətbiqi sənəti üzrə ustad dərsləri keçirilib.  Bura şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və s. daxildir. Həmin məkanda “Laçın mənzərələri” adlı rəsm sərgisi də açılıb. İncəsənət düşərgəsində isə rəsm əsərlərinin çəkilməsi və ceyran maketlərinin boyanmasını izləmək mümkün olub.

Laçının mənzərəli məkanlarından birində qurulmuş “I love Lachın” bölməsində isə qonaqlar şəhərin füsunkar təbiətini seyr edə, bu gözəlliyi öz telefonlarının və fotoaparatlarının yaddaşına köçürə biliblər.

Burada, eyni zamanda, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının, Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında müxtəlif tamaşaları izləmək mümkün olub.

Laçın şəhəri gününün təntənəli qeyd edildiyi daha bir məkan Həkəri çayının sahili, Bulvar ərazisidir. Burada fəaliyyət göstərən kulinariya məkanında Laçın mətbəxinin təqdimatı olub, “Hünər meydanı”nda zorxana, pəhləvanlar və kəndirbazların çıxışları, Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlər rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə təqdimatlar ediblər.

Laçın şəhəri günü möhtəşəm qala konsert olub. Tanınmış ifaçıların iştirakı ilə Vətən, Qarabağ, Laçın mövzularında əsərlərin təqdim olunduğu konsert bütün iştirakçıların ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Konsertdə çıxış edən Xalq artisti Aygün Kazımova bundan çox xoşbəxt olduğunu bildirib: “Artıq iki gündür buradayıq, heç ayrılmaq da istəmirəm. Çox səhnələrdə çıxış etmişəm, buradakı həyəcan başqa bir həyəcandır. Çıxışqabağı sevinc isə əvəzolunmazdır. Bu hissləri tez-tez yaşamaq istəyirəm”.

Tədbirin qonaqlarından biri Xalq artisti Firəngiz Mütəllimova Laçında sonuncu dəfə 6-cı sinifdə olduğunu deyib: “Gəldiyim toy 3 gün, 3 gecə davam etmişdi. O anlar bütün yol boyu yadıma düşdü. Mərhum müğənni Məhəbbət Kazımovun “Laçınım” mahnısı bugünkü kimi təsir etməmişdi. Burada dərk etdim ki, “duman olum dağlarında sürünüm. Bütün laçınlılar, bütün Azərbaycanın adına sevinirəm. Hər qarış torpağımızın qədrini bilməliyik. Qürur hissi yaşayıram. Çox sevinirəm ki, Laçının şəhər günündə mən də buradayam”.

Xalq yazıçısı Anar Laçında ilk dəfə illər əvvəl olduğunu deyib: “Xoşbəxtəm ki, bu günü gördüm. Laçında quruculuq işləri gedir. Bu gün isə böyük musiqi bayramıdır, konsert oldu. Cənab Prezident də iştirak etdi. Mən də böyük məmnuniyyətlə bura gəldim və müqəddəs Laçın torpağına baş əydim”.

Aşıq Əli Tapdıqoğlu bildirib ki, doğma torpaqların bu günlərini görmək çox xoşdur: “Çox möhtəşəm tədbirdir. Bayramımız mübarək olsun!

26 avqust - Laçın şəhəri gününün təntənəli məqamlarından daha birisi isə axşam saatlarındakı möhtəşəm atəşfəşanlıq olacaq.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR