Azərbaycanda işçi bir saata nə qədər qazanır? – STATİSTİKA

Azərbaycanda işçi bir saata nə qədər qazanır? – STATİSTİKA

Azərbaycanda çalışan işçilərin 1 saatlıq qazancı 6,83 manatdır.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə işçilərin saatlıq qazancı 83 qəpik artıb.

 

Qeyd edək ki, işçinin qazancı dedikdə aldığı əməkhaqqı, həmçinin əməkhaqqına daxil edilməyən digər ödəniş və xərclər nəzərdə tutulur. Yalnız əməkhaqqı nəzərə alındığında isə işçilərin saatlıq qazancı daha azdır.

 

Sahələr üzrə götürdükdə işçilərin bir saatlıq əməyinə görə ən yüksək pul mədənçıxarma sənayesində verilir. Burada işçi bir saata orta hesabla 26,7 manat qazanır.

 

Maliyyə və sığorta fəaliyyəti, peşə, elm və texniki fəaliyyət, informasiya və rabitə, dövlət idarəedilməsi, nəqliyyat sahələrində də işçinin qazancı yüksəkdir. İşçinin saatlıq qazancı maliyyə və sığorta sahələrində 16,4 manat, peşə, elm və texniki fəaliyyət sahələrində 11,7 manat, informasiya və rabitədə 10,6 manat, dövlət idarəedilməsində 9,6 manat, nəqliyyatda 9,4 manat olub.

 

Azərbaycanda ən az qazanan işçilər isə inzibati və yardımçı xidmətlər sahəsində, kənd təsərrüfatında və ticarət sahələrində çalışanlardır. İnzibati və yardımçı xidmətlər sahəsində çalışanlar bir saata 3,9 manat, kənd təsərrüfatında çalışanlar 4,1 manat, ticarət sahəsində işləyənlər isə 4,5 manat qazanıblar.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...