Məşğulluqda kənd təsərrüfatının payı azalır – İnsanlar digər sahələrə maraq göstərir 

Məşğulluqda kənd təsərrüfatının payı azalır – İnsanlar digər sahələrə maraq göstərir 

Son illərdə Azərbaycanda məşğulluqda kənd təsərrüfatının payının azalması müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, 2010-cu ildə məşğul əhalinin hər 100 nəfərinin 38-i kənd təsərrüfatı üzrə fəaliyyət göstərirdisə, 2022-ci ildə 36 nəfəri bu sahədə fəaliyyət göstərib.

 

Ümumilikdə, 2022-ci ilin məlumatına əsasən ölkəmizdə 4,9 milyon məşğul insan olub. Bunların 1,753 milyon nəfəri kənd təsərrüfatı üzrə fəaliyyət göstərib. Son 12 ildə məşğul əhalinin sayı 13,2 faiz artdığı halda, kənd təsərrüfatı ilə məşğul olanların sayı 5,9 faiz artıb. Kənd təsərrüfatı ilə məşğul olanların sayının aşağı sürətlə artmasının birinci səbəbi bu sahədə insanların gəlirinin azalması, sərmayə üçün yetəri qədər vəsaitin olmamasıdır.

 

Digər səbəblər isə Azərbaycanda sənayeləşmənin genişlənməsi, tikinti sektorunin böyüməsi, həmçinin xidmət sahələrində məşğulluq imkanlarının artmasıdır.

 

Adıçəkilən səbəblərdən əhali tədricən kənd təsərrüfatı ilə məşğulluğu azaldaraq digər sahələrə meyl edir. Bunun nəticəsində şəhərlərdə yaşayan əhalinin sayı kənd əhalisinin sayına nisbətən daha sürətlə artır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...