Logo

Faktiki hava şəraiti - Sel, leysan, şimşək...

Faktiki hava şəraiti - Sel, leysan, şimşək...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 25-i saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Quba, Xaçmaz, Qusar, Şahdağ, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Şəki, Qəbələ, Xınalıq, Ağstafa, Tovuz, Ceyrançöl, Goranboy, Naftalan rayonlarında şimşək çaxıb, arabir leysan yağıb.

Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Samux rayonu Qabırrı Kəsəmən məntəqəsində fasilələrlə yağan leysan nəticəsində saat 20:00-da çaydan sel keçib.

Cənub-şərq küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 22 m/s-dək güclənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR