Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır

Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır

23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Unibank KB”-nin tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb.

 

İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə nəzərdə tutulur. Bu barədə ətraflı məlumat ictimaiyyətə qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra açıqlanacaq.

 

Unibank istiqrazlarını əldə etmək istəyən şəxslər qeyd edilən linkə keçərək müraciət edə bilərlər: //unicapital.az/unibank-istiqrazlari

 

Nəzərinizə çatdıraq ki, fiziki şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəliri 10% gəlir vergisindən azaddır.

 

Xatırladaq ki, ötən il 30-cu ilini qeyd edən “Unibank”, ölkənin ən köklü kommersiya banklarından olmaqla yanaşı, Azərbaycanda ilk dəfə olaraq “mobile-only” (filialsız bank- Leobank) prinsipini tətbiq edən maliyyə qurumudur.

 

Həmçinin cari ilin may ayında “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “Unicapital İnvestisiya Şirkəti”nin iştirakı ilə “Unibank K.B.” ASC-ə həsr olunan “Emitent günü” uğurla baş tutub. Kütləvi informasiya vasitələrinin gündəm mövzusuna çevrilən tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaq olub.

 

Qeyd edək ki, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən “Unicapital İ.Ş.”, korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün onlara etibarlı və asan anderraytinq xidməti təklif edir.

 

BFB-nin ilk, ən uzunmüddətli üzvü və fond bazarının 16 illik peşəkar iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin müştəri sayı artıq 700 000-ə çatır.

 

Şirkətin Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur.

 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...