\"Demişdim ki, bu yarışı qazansam, medalı ona həsr edəcəyəm\" - Dünya çempionu 

\

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatının 8-ci gün Azərbaycan komandası üçün uğurlu alınıb.


Qadınlar arasında 25 metr məsafəyə mərkəzə atəş tapançasından yarışında görə Nigar Nəsirova qızıl medal qazanıb.  35 yaşlı atıcı mükafatlandırma mərasimindən sonra media nümayəndələrinin suallarını cavablandırıb:


- Dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?


- Qızıl medal qazanacağımı gözləmirdim. Bütün diqqətimi yarışa və işimə yönəltmişdim. Fikrim ancaq bu idi. Nəticə barədə heç nə düşünmürdüm. 


- Dünya çempionatının doğma ölkəmizdə keçirilməsi sizə necə təsir edir?


- Bu yarışın Bakıda keçirilməsi bizim üçün çətinlik yaradır. Çünki hamı istəyir ki, qələbə qazanaq. Elə olanda gərginlik olur. Həm özümüz birinci olmağı hədəfləyirik, həm də insanları sevindirmək istəyirik. 


- Bu medalı kimə həsr edirsiniz?


- Ötən il nənəm vəfat etmişdi. Demişdim ki, bu yarışı qazansam, medalı ona həsr edəcəyəm. 


- Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya almaq şansınız var?


- Ötən il dünya çempionatında 10 metrdən atəş açmada lisenziya qazanmaq istəyirdim. Təəssüf ki, bu alınmadı. Gələn il Macarıstanda keçiriləcək Avropa Çempionatında məhz Parisə lisenziya qazanmaq uğrunda mübarizə aparacam. İnşallah buna nail olaram. Həmişə 1-2 xalım çatmır. Ötən il Xorvaritaya təsnifatda 3-cü olub finala vəsiqə qazanmışdım. Düşünürdüm ki, medal cibimdədir. Həyəcanlandım, atışlarımı düzgün edə bilmədim. Həm medal getdi, həm də lisenziya əlimdən çıxdı. İnanıram ki, bu dəfə yaxşı olar.


- İdmana gəlişiniz necə olub?


- Bu idman növünə 2004-cü ildə İradə Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra gəlmişəm. 3 il sonra zədə ilə üzləşdim. Uzun müddət idmandan uzaq qaldım. 2016-cı ildə isə yenidən məşqlərə başladım. 2017-ci ildə Sloveniyada keçirilən Avropa çempionatında qarışıq komanda yarışında bürünc medal almışdım. Həmin İslam Oyunlarında fərdi yarışda eyni uğura imza atdım. Bundan sonra beynəlxalq yarışlarda iştirak etməyə davam etdim. Həm Ruslanla, həm də fərdi olaraq medallar qazanırdım. Ötən il Misirdə keçirilən dünya çempionatında 50 metr məsafədə atəş açmada bürünc medal qazandım. Bakıdakı yarışda isə qızıl medala sahib çıxa bildim.


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...