Logo

Qaxda 36 yaşlı kişini ilan sancdı

Qaxda 36 yaşlı kişini ilan sancdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qaxda 36 yaşlı kişini fındıq yığarkən ilan sancıb.

Sfera.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Nəbi Abdullayev bağda fındıq yığarkən ilan qəfildən onun ayağını sancıb. 36 yaşlı N. Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

N. Abdullayevin vəziyyəti ağır olduğu üçün Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR