Logo

Toy karvanında "Lexus"la avtoxuliqanlıq etdi - FOTO

Toy karvanında "Lexus"la avtoxuliqanlıq etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayon sakini Qəzənfər Əmirov idarə etdiyi “Lexus” markalı avtomobil ilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.  Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Q.Əmirov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub

Toy karvanında "Lexus"la avtoxuliqanlıq etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR